logo

Moskvada Azərbaycan-Rusiya-Ermənistan işçi qrupunun iclası keçirilir

15:15 02-06-2023 | icon 2009
Moskvada Azərbaycan-Rusiya-Ermənistan işçi qrupunun iclası keçirilir

Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri - Şahin Mustafayev, Mher Qriqoryan və Aleksey Overçukun həmsədrliyi ilə üçtərəfli işçi qrupun görüşü keçirilir.

YeniAvropa xəbər verir ki, bu barədə A.Overçukun mətbuat katibi Andrey Matveyev bildirib.

Görüşdə Azərbaycanla Ermənistan arasında sərhəd və gömrük proseduru müzakirəyə çıxarılıb.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanla Bakı arasında 1975-ci ilin sovet xəritələri əsasında delimitasiya ilə bağlı ilkin razılıq əldə edildiyini bildirib.