logo

43 mindən çox abituriyent I və IV qruplar üzrə imtahan verəcək

15:30 01-06-2023 | icon 6223
43 mindən çox abituriyent I və IV qruplar üzrə imtahan verəcək

İyunun 3-də IV ixtisas qrupu (o cümlədən I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahan) üzrə keçiriləcək imtahanda 14683, iyunun 4-də I ixtisas qrupu üzrə keçiriləcək imtahanda isə 28864 nəfər olmaqla, ümumilikdə 43547 abituriyentin iştirakı nəzərdə tutulur.

Bu barədə YeniAvropa-ya  Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, imtahanlar respublikanın 18 şəhər və rayonunda təşkil ediləcək.