Prezident İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə Toplantısında iştirak etmək üçün mayın 31-də Moldova Respublikasına səfərə gəlib.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Kişineu şəhərinin beynəlxalq aeroportunda Azərbaycan prezidentini ölkənin rəsmi şəxsləri qarşılayıblar.