logo

Biləsuvarda sel gələn ərazilərdə əməliyyat şəraiti tam nəzarət altındadır

10:10 31-05-2023 | icon 1456
Biləsuvarda sel gələn ərazilərdə əməliyyat şəraiti tam nəzarət altındadır

İran ərazisindən gələn sel suları Biləsuvar rayonunda müəyyən təhlükə yaradıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin canlı qüvvələri və texnikaları əraziyə cəlb olunub. Əməliyyat şəraiti tam nəzarət altındadır.

YeniAvropa xəbər verir ki, bu sözləri FHN-in Muğan Regional Mərkəzinin Xüsusi xilasetmə hissəsinin rəisi Fərabə Əmrahov bildirib.

O qeyd edib ki, sel təhlükəsi olan Yuxarı Ağalı kəndindən 40 ailə, Amankəndən 38 ailə, Muğan kəndindən isə 98 ailə təxliyə edilib. Daha sonra sel suları nəzarətə götürüldüyü üçün təxliyə olunmuş ailələr evlərinə qaytarılıb.