logo

Gənc müəllimlərin 3-cü forumu keçiriləcək

16:36 30-05-2023 | icon 4193
Gənc müəllimlərin 3-cü forumu keçiriləcək

İyunun 17-də Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tədris ilinin sonlarına həsr olunan, eyni zamanda, əməkdaşlıq və şəbəkələşmənin artırılması üçün “Gənc müəllimlərin 3-cü forumu”nu təşkil edəcək.

AGMA-dan YeniAvropa-ya verilən məlumata görə, forumun birinci hissəsində dövlət rəsmiləri, qonaqlar və gənc müəllimlər iştirak edəcəklər. İkinci hissədə isə müəllimlər 20-25 nəfərlik qruplara bölünərək 1,5 saatlıq vorkşoplara cəlb olunacaqlar. Hər qrupa bir qonaq spiker mentorluq edəcək.

Forumda müxtəlif bölgələrdən yaşı 35-ə qədər olan və hazırda fəaliyyət göstərən 300 müəllimin iştirakı nəzərdə tutulub. İştirakı təsdiq olunmuş müəllimlərə iyunun 12-də e-mail vasitəsilə məlumat göndəriləcək.