logo

İsrail prezidentinin rəsmi qarşılanma mərasimi olub

11:33 30-05-2023 | icon 875
İsrail prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycana rəsmi səfərə gələn İsrailin prezidenti İsxak Hersoqun mayın 30-da rəsmi qarşılanma mərasimi olub.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İsrail prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsrailin prezidenti İsxak Hersoqu və birinci xanım Mixal Hersoqu qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi İsrail prezidentinə raport verib.

Prezident İsxak Hersoq Azərbaycan əsgərlərini salamlayıb.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İsrailin və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri İsrail prezidenti İsxak Hersoqa və xanımı Mixal Hersoqa, İsrail nümayəndə heyəti isə Azərbaycan prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan prezidenti İlham Əliyevin və İsrail prezidenti İsxak Hersoqun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.