Rəsmi Bakı Ermənistanın qərəzli bəyanatını qətiyyətlə rədd edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laçın rayonunda 28 may 2023-cü il tarixində səsləndirdiyi fikirlərə və çağırışlara istinadən Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən növbəti dəfə verilmiş qərəz dolu əsassız bəyanatı qətiyyətlə rədd edirik.
YeniAvropa xəbər verir ki, bu fikrilər Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatında yer alıb.
“Ermənistan tərəfinin bu bəyanatı, Azərbaycan ərazilərini 30 il işğal altında saxlayan, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, şəhər və kəndləri viran qoyan Ermənistanın, bu əraziləri işğaldan azad etdikdən sonra yenidənqurma işləri aparan, ərazilərdən kütləvi şəkildə vəhşicəsinə qovulmuş əhalinin geri qayıtması üçün bütün şəraiti yaradan Azərbaycanın qısa müddətdə gördüyü işləri həzm edə bilməməsinin təzahürüdür. Görünür ki, Ermənistan bununla eyni zamanda, işğalına 2020-ci il 10 noyabr tarixli Üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq son qoyulduğu Laçından öz qüvvələrini çıxararkən bu ərazilərə dinc sakinlərin geri qayıtmasına maneçilik törətmək məqsədilə 2700-dən artıq mina yerləşdirməsi və evlərə mina tələlər qoyması kimi əməllərini də, ört-basdır etmək və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədi daşıyır.
Azərbaycan Respublikasının prezidentinin ərazi bütövlüyü və suverenliyə hörmət edilməsinin zəruri olduğuna, Azərbaycanın daxili işlərinə qarışmağın qəbuledilməzliyinə və bölgədə separatçılığın təşviq edilməsinə xidmət edən addımların qarşısının qətiyyətlə alınmasına istiqamətlənən çağırışlarının Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən qəsdən təhrif edilməsi Ermənistan XİN-in tarixdən dərs çıxartmadığını nümayiş etdirir.
BMT Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycana qarşı təcavüz aktı törədən, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini heçə sayaraq işğala son qoymayan Ermənistanın Azərbaycanın güc tətbiq etməklə hədə törətdiyini iddia etməsi gülüncdür”, - deyə bəyanatda qeyd olunur.
Sahibə Qafarova Tacikistana işgüzar səfərə gedib
Dünya çempionatı: Azərbaycan millisi bürünc medal üçün oynayacaq
Sabah Bakıda 24° isti olacaq
Laçında Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir
Rafael Nadal karyerasını bitirəcək
COP29 çərçivəsində İnsan İnkişafı Günü keçiriləcək
Dövlət sərhədini pozmağa cəhd göstərən 6 nəfər saxlanılıb
Paris Sazişinin 6-cı maddəsi üzrə işləri tamamlamaq istədir
AFFA-nın vitse-prezidenti UEFA-dan təyinat alıb
Bakıda “INMerge İnnovasiya Sammiti” keçirilir
3 günlük güclü geomaqnit qasırğası başlanır
Azərbaycan nefti 79,02 dollara satılır
Bakıda "Pre-COP29" tədbiri işə başlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb
Gəncədə "Jiquli" 90 yaşlı piyadanı vuraraq öldürüb
“Azercell” COP29 ərəfəsində “Turist” tariflərini yeniləyib
İlham Əliyev BMT baş katibinin birinci müavinini qəbul edib
Laçın və Şuşada əmək yarmarkaları keçiriləcək
13 boksçumuz Avropa çempionatına yollanır
İlham Əliyev ABŞ prezidentinin baş müşavirini qəbul edib
Dünya çempionatı:Minifutbol millisimiz "pley-off"a vəsiqə qazanıb
“TOST” dələduzluq piramidasına qarşı əməliyyat keçirilib
İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim nazirini qəbul edib
Gürcüstanın Konstitusiya Məhkəməsi prezidentə "yox" dedi
Sabah Bakıda qısamüddətli yağış yağacaq,26° isti olacaq