logo

Azərbaycanda daha 14 nəfər koronavirusa yoluxub

17:14 26-05-2023 | icon 7889
Azərbaycanda daha 14 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 14 yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,indiyədək ölkədə ümumilikdə 831 min 803 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 442 nəfər müalicə olunaraq sağalıb, 10 min 273 nəfər vəfat edib. Aktiv xəstə sayı 88 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 659, bu günə qədər isə ümumilikdə 7 milyon 616 min 735 test icra olunub.