logo

Bu gün 100 doza vaksin vurulub

18:16 16-05-2023 | icon 7007
Bu gün 100 doza vaksin vurulub

Mayın 16-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 100 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 8, ikinci doza vaksinlərin sayı 66, üç və daha çox doza vaksinlərin sayı 24, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 2-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 963 min 300, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 85, ikinci mərhələ üzrə 4 milyon 882 min 841, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 177, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 197-dir.