logo

Azərbaycanda daha 19 nəfər koronavirusa yoluxub

17:57 16-05-2023 | icon 7063
Azərbaycanda daha 19 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 19 yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,indiyədək ölkədə ümumilikdə 831 min 678 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 324 nəfər müalicə olunaraq sağalıb, 10 min 268 nəfər vəfat edib. Aktiv xəstə sayı 86 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1396, bu günə qədər isə ümumilikdə 7 milyon 606 min 257 test icra olunub.