logo

Azərbaycanda daha 10 nəfər koronavirusa yoluxub

15:55 14-05-2023 | icon 6979
Azərbaycanda daha 10 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 10 yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb, ölüm halı qeydə alınmayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 831 min 658 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 292 nəfər müalicə olunaraq sağalıb, 10 min 268 nəfər vəfat edib. Aktiv xəstə sayı 98 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 737, bu günə qədər isə ümumilikdə 7 milyon 604 min 359 test icra olunub.