logo

Bu gün 104 doza vaksin vurulub

17:27 13-05-2023 | icon 5670
Bu gün 104 doza vaksin vurulub

Mayın 13-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 104 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 34, ikinci doza vaksinlərin sayı 48, üç və daha çox doza vaksinlərin sayı 18, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 4-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 963 min 121, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 59, ikinci mərhələ üzrə 4 milyon 882 min 734, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 134, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 194-dür.