logo

Tərtərdə minaya düşən sürücünün ayağı  amputasiya edilib

14:12 26-04-2023 | icon 987
Tərtərdə minaya düşən sürücünün ayağı  amputasiya edilib

Xəbər verildiyi kimi, aprelin 26-da Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, piyada əleyhinə minanın partlayışı nəticəsində minatəmizləmə fəaliyyətinə cəlb olunan Beynəlxalq Avrasiya Mətbuat Fondu qeyri-hökumət təşkilatının sürücüsü, 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlu xəsarət alıb. Xəsarət alan şəxsin sağ ayağı topuqdan yuxarı nahiyədən travmatik amputasiya edilib, vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsi davam etməkdədir.

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərdə diqqətli olmağa çağırır.