logo

Lənkəranda sakinlərindən 12 ədəd qanunsuz saxlanan tüfəng götürülüb

10:10 25-04-2023 | icon 875
Lənkəranda sakinlərindən 12 ədəd qanunsuz saxlanan tüfəng götürülüb

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı son iki gün ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 12 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, faktlar üzrə Lənkəran ŞRPŞ-də müvafiq araşdırmalar aparılır.