logo

Ucarda qadın sürücünün törətdiyi avtoqəzada azyaşlı həyatını itirib

10:45 23-04-2023 | icon 1057
Ucarda qadın sürücünün törətdiyi avtoqəzada azyaşlı həyatını itirib

Bu gün saat 06:59 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən 216-cı kilometrliyində, Nəsibova Səidə Nazim qızının idarə etdiyi “Mercedes” markalı, 90-TE-763 dövlət qeydiyyat nişanlı avtomobil Qazax rayonu istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən YeniAvropa-ya bildirilib ki, qəza nəticəsində sürücünün bacısı qızı, 2014-cü il təvəllüdlü Aynişan Abdullayeva hadisə yerində həyatını itirib.

Əraziyə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.