logo

Biləsuvarda 20 yaşlı gəncin elektrik cərəyanı vurlub

14:14 20-04-2023 | icon 1099
Biləsuvarda 20 yaşlı gəncin elektrik cərəyanı vurlub

Aprelin 20-də səhər saatlarında Biləsuvar rayonunda 20 yaşlı gənci elektrik cərəyanı vurub.

YeniAvropa xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində quşçuluq fermasının ərazisində baş verib.

Burada fəhlə işləyən kənd sakini, 2003-cü il təvəllüdlü Dadaşov Həbib Adıgözəl oğlu əllə idarə olunan dəmir konstruksiyalı yem aparatını dartıb apararkən onu aşağı endirməyib. Nəticədə aparatın yuxarı hissəsi həmin ərazidən keçən yüksək gərginlikli elektrik xəttinə dəyib və H.Dadaşovu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda araşdırma aparılır.