logo

Bakı-Ağstafaı marşrutu üzrə əlavə reyslərin sayı artırılıb

13:33 20-04-2023 | icon 966
Bakı-Ağstafaı marşrutu üzrə əlavə reyslərin sayı artırılıb

“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin bütün strukturları Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. Eyni zamanda bayramla əlaqədar Bakı-Ağstafa-Bakı marşrutu üzrə artan sərnişin tələbatını qarşılamaq məqsədilə aprelin 22-də əlavə reys təyin edilib.

ADY-dən YeniAvropa-ya bildirilib ki, aprelin 22-də Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslə səhər saat 8:25-də yola düşən qatar Ağstafaya saat 13:20-də çatacaq. Əks istiqamətdə Ağstafadan saat 15:30-da Bakıya yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 20:25-də çatacaq.

Xatırladaq ki, Ramazan bayramı ilə əlaqədar Bakı-Ağstafa-Bakı marşrutu üzrə ümumilikdə 8 əlavə reys təyin edilib.

Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarlarının ənənəvi qrafikində heç bir dəyişiklik edilmir. Yəni, hər gün saat 8:45-də Bakıdan yola düşən qatar saat 13:40-da Ağstafaya, Ağstafadan isə saat 17:10-da yola düşən qatar isə saat 22:05-də Bakıya çatır.

Bakı-Qəbələ marşrutu üzrə isə qatar hər şənbə günü saat 8-də Bakıdan Qəbələyə yola düşərək saat 11:20-də mənzil başına çatır. Qəbələ-Bakı marşrutu üzrə isə qatar hər bazar günü saat 19-da yola düşərək Bakı Dəmiryol Vağzalına saat 22:20-də çatır.

Abşeron dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları bayram günlərində istirahət günlərindəki qrafikə uyğun hərəkətdə olacaq.