logo

Bölgələrdə yağış yağıb, dolu düşüb, çaylardan sel keçib

10:50 14-04-2023 | icon 1015
Bölgələrdə yağış yağıb, dolu düşüb, çaylardan sel keçib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin aprelin 14-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, Balakən-Şəki zonasında intensiv olub.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, intensiv yağışlarla əlaqədar Balakənçaydan (Balakən), Talaçaydan(Zaqatala) və Qabırrı çayından(Samux) sel keçib.

Yağan yağıntının miqdarı: Zaqatalada 29.0, Balakəndə 22.0, Qaxda 18.0, Naftalanda 14.0, Şəkidə 9.0, Oğuzda 7.0, Şahdağda 6.0, Şahbuz, Ordubadda 4.0, Şərurda 3.0, Sədərəkdə 2.0 millimetr, Naxçıvan, Gədəbəy, Göygöl, Quba, Mingəçevir, Yevlax, İmişli, Sabirabad, Neftçala, Bakıda və Abşeron yarımadasında 1.0 millimetrədək olub.

Şimal-qərb küləyi arabir Naftalanda 32, Daşkəsəndə 30, Ağdamda 28, Göyçay, Cocuqmərcanlıda 25, Tərtər, Mingəçevir, Yardımlı, Zərdab, Gəncədə 24, İsmayıllı, Şirvan, Bərdədə 22, Kəlvəz, Göygöldə 21, Astara, Balakən, Beyləqan, Şəki, Zaqatala, Ağstafa, Şahdağ, Gədəbəydə 20, Qobustanda 19, Altıağac, Çeyrançöl, Yevlax, Kürdəmir, Tovuz, Cəfərxanda 18, Lerik, Ağsu, Sabirabadda 17, Naxçıvan, Xaltan, Qrız, Şirvan, Biləsuvarda 16, Qaxda 15, Bakıda və Abşeron yarımadasında 19 metr/saniyəyədək güclənib, Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.2 metrə çatıb.

Aprelin 13-ü saat 12:14-13:03 radələrində Əlibəy (Zaqatala) ərazisində leysan yağış ilə bərabər diametri 5 millimetr, saat 14:10-14:20 radələrində Yevlax, Tərtərdə diametri 3 millimetr, saat 11:55-də Zaqatala şəhərinin şimal hissəsinə, saat 13:15 radələrində Qax rayonu Güllük kəndi ərazisinə, saat 13:28-də Şəki rayonuna, saat 15:40 radələrində isə Xınalıqda dolu düşüb.