logo

Zaqatala, Yevlax, Qax və Şəkiyə dolu düşüb

15:30 13-04-2023 | icon 1155
Zaqatala, Yevlax, Qax və Şəkiyə dolu düşüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Şahdağ, Biləsuvarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən-Şəki zonasında yağıntılar intensiv olub.

Xidmətdən YeniAvropa-ya  bildirilib ki, intensiv yağışlarla əlaqədar saat 13:30-da Balakənçaydan, saat 14:30-da isə Talaçaydan sel keçib.

Şimal-qərb küləyi əsib, arabir Naftalanda saniyədə 26, Mingəçevir, Yardımlı, Zərdab, Gəncədə 24, Bərdə 22, Şəki, Zaqatala, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəydə 20, Çeyrançöl, Beyləqan, Yevlax, Tovuz, Şirvan, Qobustanda 18, Sabirabadda 17, Lerikdə 16 metrədək güclənib.

Aprelin 13-ü saat 12:14-13:03 radələrində Əlibəy (Zaqatala) ərazisində leysan yağış ilə bərabər diametri 5, saat 14:10-14:20 radələrində Yevlaxda diametri 3 millimetr olan, saat 11:55-də Zaqatala şəhərinin şimal hissəsinə, saat 13:15 radələrində isə Qax rayonu Güllük kəndi ərazisinə, saat 13: 28-də Şəki rayonuna xırda dolu düşüb.