logo

İrandan Azərbaycana 24 kq narkotika keçirmək istədilər

10:10 12-04-2023 | icon 868
İrandan Azərbaycana 24 kq narkotika keçirmək istədilər

Aprelin 11-də saat 20:50-də “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24 kiloqram 500 qram narkotik vasitənin və 2890 ədəd Metadon M-40 psixotrop həblərin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.