logo

Deputat Fazil Mustafa xəstəxanadan evə buraxılıb

16:26 11-04-2023 | icon 889
Deputat Fazil Mustafa xəstəxanadan evə buraxılıb

Martın 28-də evinin qarşısında güllələnən deputat Fazil Mustafa müalicə aldığı xəstəxanadan evə buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə onun köməkçisi Əjdər Əliyev məlumat verib.

Bildirib ki, F.Mustafa bundan sonra müalicəsini ev şəraitində davam etdirəcək.

Qeyd edək ki, martın 28-də F.Mustafaya yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılıb. Nəticədə o, sağ çiyni və sağ ayağından güllə yarası alıb. 

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

DİN və DTX-nin şəxsi heyətinin birgə səyləri nəticəsində aprelin 2-dən 3-nə keçən gecə cinayətkar dəstənin üzvləri həbs ediliblər. Hadisədə əli olan bir neçə nəfər tutulub.