logo

Azərbaycan Mədəniyyət Forumu keçiriləcək

14:24 11-04-2023 | icon 13839
Azərbaycan Mədəniyyət Forumu keçiriləcək

Azərbaycanda Mədəniyyət Forumu keçiriləcək. 

 YeniAvropa xəbər verir ki, bu barədə mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli “Azərbaycan teatrı – 150:inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxışı zamanı deyib.

O bildirrib ki, sənət adamlarının vahid platformada mühüm məsələləri müzakirə etmək üçün belə forumlar davamlı təşkil olunacaq.

"Aprelin 20-21-də Heydər Əliyev Mərkəzində Kino Forumu keçiriləcək. Musiqi, ədəbiyyat istiqamətində də bu cür müzakirə forumları təşkil ediləcək. Yekunda isə Azərbaycan Mədəniyyəti Forumu təşkil olunacaq", - deyə Adil Kərimli vurğulayıb.