logo

İrandan Azərbaycana 37 kq narkotika keçirmək istədilər

13:53 10-04-2023 | icon 896
İrandan Azərbaycana 37 kq narkotika keçirmək istədilər

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində ümumilikdə 37 kiloqram 770 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 8-də saat 23:30-da “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 15 kiloqram 200 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

Aprelin 9-da saat 02:20-də Dövlət Sərhəd Xidmətinin “Göytəpə” sərhəd dəstəsinin və Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat tədbiri nəticəsində dövlət sərhədindən narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan və 77-EX-379 dövlət qeydiyyat nişanlı “Prius” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən Sumqayıt şəhər sakinləri 1982-ci il təvəllüdlü Əsgərxanov Çoşqun Mehrac oğlu və 1997-ci il təvəllüdlü Şahbazlı Murad Elçin oğlu saxlanılıb.

Avtomobilə baxış zamanı ümumi çəkisi 22 kiloqram 570 qram narkotik vasitə aşkar olunub.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.