logo

Bakıda 18 yaşlı qız itkin düşüb

11:11 10-04-2023 | icon 854
Bakıda 18 yaşlı qız itkin düşüb

Xəzər rayonu Binə qəsəbəsi sakini 18 yaşlı Şəfa İsgəndərli aprelin 4-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu barədə həmin şəxsin valideynləri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə məlumat veriblər.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, itkin düşən şəxs evdən çıxan zaman əynində qara rəngli gödəkcə, şalvar və köynək olub.

Şəfa İsgəndərlinin yeri barədə məlumatı olan şəxslərdən DİN-in 102 - Xidməti Zəng Mərkəzinə, həmçinin Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə və 012-590-72-03, 012-456-03-02, 055-751-59-82, 055-215-21-20, 050-257-55-55 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.