logo

Bu gün 440 doza vaksin vurulub

20:50 01-04-2023 | icon 2660
Bu gün 440 doza vaksin vurulub

Aprelin 1-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 440 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 374, ikinci doza vaksinlərin sayı 19, üç və daha çox doza vaksinlərin sayı 35, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 12-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 955 min 140, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 407 min 109, ikinci mərhələ üzrə 4 milyon 880 min 45, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 34, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 952-dir.