Şahdağda 22 sm qar yağıb
Milli Hidrometeorologiya Xidmətinin aprelin 1-nə olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağıntılı olub, arabir intensivləşib, dağlıq və dağətəyi rayonlarda qar yağıb, qərb küləyi ayrı-ayrı rayonlarda arabir güclənib.
Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev YeniAvropa-ya bildirib ki, qar örtüyünün hündürlüyü Şahdağda 22, Lerik və Qrızda 15, İsmayıllı və Qusarda 12, Altıağac və Xaltanda 10, Yardımlıda 9, Gədəbəy, Şamaxı və Ordubadda 8, Qəbələdə 5, Daşkəsən, Göygöl və Qobustanda 4, Qubada 3, Naxçıvanda 2, Şahbuzda 1 santimetr olub.
"Yağan yağıntının miqdarı Lənkəranda 51 (aylıq normanın 92 faizi), Astarada 39 (aylıq normanın 62 faizi), Lerikdə 26 (aylıq normanın 36 faizi), İsmayıllı, Yardımlıda 16, Qəbələ, Oğuzda 15, Şahdağ, Balakən, Kürdəmirdə 14 (aylıq normanın 41 faizi), Zaqatalada 13, Ordubadda 12 (aylıq normanın 30 faizi), Sədərək, Şərur, Qobustanda 12, Şamaxı, Qrızda 11, Zərdabda 10 (aylıq normanın 32 faizi), İmişlidə 10 (aylıq normanın 34 faizi), Neftçalada 10 (aylıq normanın 30 faizi), Xaltanda 10, Göyçay, Biləsuvar, Sabirabad, Beyləqan, Qusarda 8, Ağsu, Gədəbəydə 7, Quba, Şahbuz, Mingəçevirdə 6, Gədəbəy, Yevlaxda 5, Göygöl, Ağdam, Naxçıvanda 4, Gəncə, Daşkəsəndə 3, Tərtər, Ağstafa, Şəmkir, Naftalanda 2, Ceyrançöl, Culfa, Tovuz, Qaxda 1 millimetr, Maştağada 28 (aylıq normanın 115 faizi), Bakıda 25 (aylıq normanın 108 faizi), Sumqayıtda 20 (aylıq normanın 88 faizi), Binədə 20 (aylıq normanın 87 faizi), Pirallahıda 19 millimetrədək (aylıq normanın 98 faizi) təşkil edib".
A.Verdiyevin sözlərinə görə, şimal-qərb küləyinin sürəti arabir Ordubadda 22, Şahbuzda 18, Naxçıvan, Şirvan, Biləsuvarda 16, Culfada 15, Bakıda və Abşeron yarımadasında isə 32 metr/saniyəyə çatıb. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 5 metr təşkil edib.
"Havanın minimal temperaturu isə Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Naxçıvanda 4 dərəcə şaxtadan 4 dərəcəyədək isti, dağlıq rayonlarda 5-10 dərəcə şaxta, Aran rayonlarında 5 dərəcəyədək isti olub".
İlham Əliyev Moldovaya işgüzar səfər edib
İsrail prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri başa çatıb
İlham Əliyev Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışında iştirak edib-YENİLƏNİB
İsrailin Prezidenti və birinci xanımı İçərişəhərlə tanış olublar
İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına təbrik məktubu ünvanlayıb
Milli Məclis ötən ilin dövlət büdcəsinin icrasını I oxunuşda qəbul edib
AŞPA-nın yay sessiyasının ilkin gündəliyi açıqlanıb
Prokurorluq Abşeronda fəhlənin iş yerində ölməsini araşdırır
Cozef Bayden İlham Əliyevə məktub ünvanlayıb
Azərbaycan uzun illər ABŞ ilə enerji sahəsində fəal əməkdaşlıq həyata keçirir
Milli Məclis yaz sessiyasında sonuncu iclasını keçirir
UEFA Avropa Liqası: Bu gün qalib müəyyənləşəcək
İlham Əliyev ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisini qəbul edib
Yevlaxda özünü qatarın altına atan şəxsin kimliyi bəlli olub
İrandan Azərbaycana 50 kq narkotika gətirən şəxs saxlanıldı
Dünya çempionatı:Bu gün daha 3 taekvondoçumuz mübarizəyə başlayır
İlham Əliyev Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimində çıxış edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Azərbaycan nefti 76,72 dollara satılır
Biləsuvarda sel gələn ərazilərdə əməliyyat şəraiti tam nəzarət altındadır
Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi öz işinə başlayıb
Gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edildi
Selə görə təxliyə olunan 3 kəndin sakinləri evlərinə qayıdıb-FHN
Neftçala sakininin həyətindən 1090 ədəd çətənə kolu aşkarlanıb
Biləsuvara sel gəlib,3 kəndin sakinləri təxliyə olunub