logo

Bu gün 467 doza vaksin vurulub

16:32 31-03-2023 | icon 2485
Bu gün 467 doza vaksin vurulub

Martın 31-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 467 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 373, ikinci doza vaksinlərin sayı 21, üç və daha çox doza vaksinlərin sayı 57, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 16-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 954 min 700, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 406 min 735, ikinci mərhələ üzrə 4 milyon 880 min 26, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 401 min 999, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 940-dır.