ABŞ səfirliyi jurnalistika üzrə magistr proqramını elan edir
ABŞ səfirliyi Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GIPA) Azərbaycan vətəndaşları olan namizədləri arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media əlaqələri üzrə magistr proqramına tələbə qəbulunu elan edir.
Səfirlikdən YeniAvropa-ya bildirilib ki, proqram üzrə dərslər ABŞ və Avropa universitetlərindən səfər edən müəllimlər və qərb təhsilli gürcü professorlar tərəfindən aparılacaq. ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən bu proqramın ümumilikdə məqsədi Qafqazda medianın gücləndirilməsidir.
Beş nəfərədək azərbaycanlı namizədin 2023-cü ilin sentyabrından 2025-cü ilin iyununa qədər dörd semestr ərzində təklif olunacaq proqram üçün seçilməsi gözlənilir. Müsabiqəyə jurnalistika, media, kommunikasiya, qrafika, fotojurnalistika, məzmunun işlənib hazırlanması və digər əlaqəli sahələrlə maraqlanan tələbələr müraciət edə bilərlər. Tələbələr 2023-cü ilin sentyabr ayından 2024-cü ilin dekabr ayına kimi Tbilisi şəhərində GIPA-da oxuyacaqlar. 2025-cü ilin may ayında isə onlar diplom işlərini müdafiə etmək üçün yenidən instituta qayıdacaqlar. GIPA-da təhsil aldıqları zaman tələbələrin kompüter, radio və video avadanlıqlardan, internet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr “Brosse Street Journal”ın həm çap, həm də internet versiyasını hazırlayacaq və GIPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaqlar. GIPA tələbələri “Erasmus+” mübadilə proqramlarında iştirak etmək və müxtəlif Avropa universitetlərində bir semestr təhsili üçün maliyyə almaq hüququna malikdirlər.
Çap və teleradio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və əldə edilmiş təcrübə prinsipləri üzərində qurulub və faktlara əsaslanan peşəkar xəbərin çatdırılmasını nəzərdə tutur. Burada, həmçinin idarəçilik üsullarına, iqtisadiyyat və hüquq fənlərinin tədrisinə də diqqət ayrılacaq.
Müsabiqədən keçmək üçün namizədlərdən yüksək səviyyədə ingilis dili biliyi tələb olunur.
ABŞ-nin ölkəmizdəki səfirliyi ehtiyacı olan tələbələrin Gürcüstanda oxuduğu müddətdə təhsil və yaşayış xərclərini maliyyələşdirəcək.
Qaliblər Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi müsahibə nəticəsində müəyyənləşəcək. Sənədlər 2023-ci il aprelin 30-dək qəbul olunacaq.
Əlavə məlumat üçün GIPA proqramının yerli koordinatoru Mehdi Hüseynquluyev ilə əlaqə saxlamaq olar: e-mail: [email protected].
Nəzərə alınmalıdır ki, e-poçtdakı mövzu sətrində “GIPA-2023 Documents” yazılmalıdır.
GIPA proqramına tələb olunan sənədlərin siyahısı:
1. Ərizə forması
2. Tövsiyə məktubları
3. Təhsil məqsədləri haqqında bəyanat
4. Diplomların surəti
5. Diplom əlavələri
6. Şəxsiyyət vəsiqəsinin və ya pasportun surəti
2022-ci ildə universiteti bitirmiş, lakin diplomlarını vaxtında ala bilməyən məzunlar universiteti bitirdiklərini təsdiq edən müvəqqəti sənəd/arayış təqdim edib proqramda iştirak edə bilərlər. Onların 2023-cü il avqustun 1-dək diplomlarını qəbul komissiyasına təqdim etməsi şərtdir.
GIPA Jurnalistika üzrə magistr proqramının ərizə formasının linki:
https://drive.google.com/file/d/1LbG4xgC2aNNrv1axgjy7O-nvF4N-Kb9h/view?usp=sharing
Qeyd edək ki, əsası 1994-cü ildə qoyulan Gürcüstanın İctimai Əlaqələr İnstitutu özəl tədris ocağı olmaqla Qafqazda demokratik və bazar islahatlarına dəstək məqsədilə yüksəkixtisaslı ictimai qulluqçular və jurnalistlər yetişdirən institutdur.
Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbi 2001-ci ildə jurnalistika və media idarəçiliyi sahəsi üzrə tədris və təlim proqramları vasitəsilə Qafqazda müstəqil medianın inkişafını dəstəkləmək məqsədilə yaradılıb. İnstitutun prinsiplərinə əsasən dəqiq və qərəzsiz xəbərin çatdırılması ənənəsində təlim görmüş jurnalistlər işlədikləri yerdə jurnalistikanın səviyyəsini qaldırır, dəqiq məlumat verməklə və peşə standartlarını yüksəkdə tutmaqla cəmiyyətə xidmət göstərir.
İlham Əliyev Moldovaya işgüzar səfər edib
İsrail prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri başa çatıb
İlham Əliyev Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışında iştirak edib-YENİLƏNİB
İsrailin Prezidenti və birinci xanımı İçərişəhərlə tanış olublar
İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına təbrik məktubu ünvanlayıb
Milli Məclis ötən ilin dövlət büdcəsinin icrasını I oxunuşda qəbul edib
AŞPA-nın yay sessiyasının ilkin gündəliyi açıqlanıb
Prokurorluq Abşeronda fəhlənin iş yerində ölməsini araşdırır
Cozef Bayden İlham Əliyevə məktub ünvanlayıb
Azərbaycan uzun illər ABŞ ilə enerji sahəsində fəal əməkdaşlıq həyata keçirir
Milli Məclis yaz sessiyasında sonuncu iclasını keçirir
UEFA Avropa Liqası: Bu gün qalib müəyyənləşəcək
İlham Əliyev ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisini qəbul edib
Yevlaxda özünü qatarın altına atan şəxsin kimliyi bəlli olub
İrandan Azərbaycana 50 kq narkotika gətirən şəxs saxlanıldı
Dünya çempionatı:Bu gün daha 3 taekvondoçumuz mübarizəyə başlayır
İlham Əliyev Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimində çıxış edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Azərbaycan nefti 76,72 dollara satılır
Biləsuvarda sel gələn ərazilərdə əməliyyat şəraiti tam nəzarət altındadır
Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi öz işinə başlayıb
Gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edildi
Selə görə təxliyə olunan 3 kəndin sakinləri evlərinə qayıdıb-FHN
Neftçala sakininin həyətindən 1090 ədəd çətənə kolu aşkarlanıb
Biləsuvara sel gəlib,3 kəndin sakinləri təxliyə olunub