Azərbaycanda Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb
Prezident İlham Əliyev martın 30-da Azərbaycan Respublikasının “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Fərmana əsasən, su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından səmərəli istifadə etmək, torpaqların meliorasiyası və irriqasiyası işlərinin təşkilini yaxşılaşdırmaq məqsədilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. “Azərsu” və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar cəmiyyətləri əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.
Fərmanda müəyyən olunub ki, Agentlik Azərbaycanda suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təşkilini təmin edən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını, eləcə də bu sahədə xidmətlər göstərilməsini təşkil edən, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, Azərbaycan Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqini aparan, bu sahələrdə vahid dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Sənəddə Nazirlər Kabinetinə beş ay müddətində Agentliyin əsasnaməsinin və strukturunun layihələrini, habelə işçilərinin say həddi barədə təkliflərini beynəlxalq məsləhətçi şirkəti cəlb etməklə hazırlayıb, eləcə də Agentliyin yaradılması ilə əlaqədar normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırıb. Nazirlər Kabinetinə, həmçinin bir ay müddətində Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin balansında olan dövlət əmlakının Agentliyin balansına verilməsini, Fərmanda nəzərdə tutulan işlərin maliyyələşdirilməsinin təmin edilməsi, habelə Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli üçün tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək barədə tapşırıq verilib.
Agentliyin əsasnaməsi və strukturu təsdiq olunanadək “Azərsu” və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar cəmiyyətləri fəaliyyətlərini davam etdirəcək.
İlham Əliyev Moldovaya işgüzar səfər edib
İsrail prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri başa çatıb
İlham Əliyev Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışında iştirak edib-YENİLƏNİB
İsrailin Prezidenti və birinci xanımı İçərişəhərlə tanış olublar
İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına təbrik məktubu ünvanlayıb
Milli Məclis ötən ilin dövlət büdcəsinin icrasını I oxunuşda qəbul edib
AŞPA-nın yay sessiyasının ilkin gündəliyi açıqlanıb
Prokurorluq Abşeronda fəhlənin iş yerində ölməsini araşdırır
Cozef Bayden İlham Əliyevə məktub ünvanlayıb
Azərbaycan uzun illər ABŞ ilə enerji sahəsində fəal əməkdaşlıq həyata keçirir
Milli Məclis yaz sessiyasında sonuncu iclasını keçirir
UEFA Avropa Liqası: Bu gün qalib müəyyənləşəcək
İlham Əliyev ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisini qəbul edib
Yevlaxda özünü qatarın altına atan şəxsin kimliyi bəlli olub
İrandan Azərbaycana 50 kq narkotika gətirən şəxs saxlanıldı
Dünya çempionatı:Bu gün daha 3 taekvondoçumuz mübarizəyə başlayır
İlham Əliyev Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimində çıxış edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Azərbaycan nefti 76,72 dollara satılır
Biləsuvarda sel gələn ərazilərdə əməliyyat şəraiti tam nəzarət altındadır
Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi öz işinə başlayıb
Gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edildi
Selə görə təxliyə olunan 3 kəndin sakinləri evlərinə qayıdıb-FHN
Neftçala sakininin həyətindən 1090 ədəd çətənə kolu aşkarlanıb
Biləsuvara sel gəlib,3 kəndin sakinləri təxliyə olunub