logo

Deputat Fazil Mustafa evinin yaxınlığında güllələnib

22:12 28-03-2023 | icon 994
Deputat Fazil Mustafa evinin yaxınlığında güllələnib

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd olub.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, Fazil Mustafa evinin yaxınlığında ayaq və çiyin nahiyəsindən güllələnib. Hazırda vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

Hadisə yerinə əməliyyat qrupu cəlb edilib. Hadisəni törədən şəxs və şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri başlayıb.

Hadisə ilə bağlı rəsmi məlumat veriləcək.