logo

Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib

15:55 28-03-2023 | icon 2191
Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib

Martın 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, səfər çərçivəsində martın 29-30-da nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikasının İsrail Dövlətindəki səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.