logo

Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə sənəd qəbulu davam edir

11:55 28-03-2023 | icon 798
Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə sənəd qəbulu davam edir

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə 2023/2024-cü tədris ili üçün ictimai təhlükəsizlik və idarəetmə ixtisasına sənəd qəbulu davam edir.

 YeniAvropa xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi qeydiyyatda olan, buraxılış sinfində oxuyan və ya tam orta təhsilli, qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.

Namizədlər Daxili Qoşunların Baş İdarəsində yaradılmış fiziki hazırlıq, hərbi-həkim və mandat komissiyalarında müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər.

Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanlarında iştirak etmək üçün DİM-ə göndərilir.

İmtahanlar test üsulu ilə III ixtisas qrupunun fənləri üzrə Azərbaycan və rus dillərində keçirilir.

Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşmə, imtahanların vaxtı, yeri və digər şərtlər DİM tərəfindən müəyyən edilir. Namizədlər bu məqsədlə mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.

Hərbi Məktəbə qəbul olunmuş şəxslər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Tədris Azərbaycan dilində aparılır. Təhsil müddəti 4 ildir.

Məzunlara diplom və “leytenant” hərbi rütbəsi verilir. Onlar Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edilirlər.

Qəbulun qaydaları və tələb olunan sənədlərin siyahısı haqqında ətraflı məlumatı Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının rəsmi internet səhifəsindən almaq olar.

Məktəbə ərizə və sənədlər 2023-cü il aprelin 10-dək, iş günləri saat 10-dan 17-dək qəbul olunur.

Əlavə məlumat üçün dim.gov.az və dq.mia.gov.az

Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi 4.

Əlaqə telefonları: (012) 590-65-07, (012) 560-27-00