logo

Azərbaycan nefti artıq  Slavakiyada da emal olunur

11:44 21-03-2023 | icon 1771
Azərbaycan nefti artıq  Slavakiyada da emal olunur

Macarıstanın “MOL” şirkəti Slovakiyanın paytaxtı Bratislavadakı neft emalı zavodunda (NEZ) müxtəlif növ yanacaq istehsalı üçün Azərbaycan neftindən istifadə etməyə başlayıb.

YeniAvropa şirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Azeri Light” markalı neftin partiyası Xəzər şelfindəki “MOL”un beynəlxalq konsorsiumun heyətində emalında iştirak etdiyi “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından Bratislavadakı zavoda tədarük ediləcək.

Əvvəlcə neft dəniz yatağından Bakı yaxınlığındakı Səngəçal terminalına nəq edilib və oradan “MOL”un səhmdarından biri olduğu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Aralıq dənizindəki Türkiyə limanına vurulub.

“90 min ton xam neft Türkiyənin Ceyhan limanından “Seavelvet” tankeri ilə Xorvatiyanın Omişal limanına çatdırılıb və o, Adriatik boru kəməri ilə “Slovnaft”ın (“MOL”un törəmə müəssisəsi – red.) Slovakiyadakı NEZ-nə daşınacaq”, - Macarıstan şirkəti bildirib.

O qeyd edib ki, Azərbaycan neftinin Bratislavadakı NEZ-ə tədarükü şirkətə xammalın çıxarılmasından hazır neft məhsullarının satışına qədər yeni istehsal zənciri yaratmağa imkan verəcək.