logo

DSX sərhəddəki tıxaclara aydınlıq gətirib

11:55 18-03-2023 | icon 1393
DSX sərhəddəki tıxaclara aydınlıq gətirib

Martın 18-də İAMAS sistemində yaranmış texniki nasazlıq səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların və nəqliyyat vasitələrinin hərəkətində qısamüddətli ləngimələr yaranıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki, operativ olaraq həyata keçirilmiş tədbirlər nəticəsində nasazlıq aradan qaldırılıb, vətəndaşların və nəqliyyat vasitələrinin buraxılışı təmin edilib.