İlham Əliyev Novruz bayramı münasibətilə xalqı təbrik edib
Prezident İlham Əliyevin martın 17-də Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik məktubu ünvanlayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Məktubda deyilir: "Hörmətli həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram.
Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır. Zamanın bütün sınaqlarından çıxaraq əsrlərin yaddaşında silinməz izlər qoyan bu el bayramı uzaq dövrlərdən bəri xalqımızın mənəvi dünyasının dərinliklərinə nüfuz etmiş, ənənəvi dəyərlərimizin təşəkkülündə mühüm rol oynamışdır. Ulu babalarımızın zəngin daxili aləmi, müdrik həyat fəlsəfəsi və gələcəklə bağlı işıqlı arzuları bahar bayramında dolğun təcəssümünü tapmışdır.
Ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən, yeniləşdirici gücə malik Novruz bayramı bu gün də insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmət və xeyirxahlıq duyğularını möhkəmləndirir, cəmiyyətimizin vahid məfkurə ətrafında inkişafının ahəngdarlığını təmin edir. Milli varlığımızın ayrılmaz parçası saydığımız və yad təsirlərdən qoruduğumuz Novruz ənənələri mənəvi sərvətlərimizə hörmətlə yanaşmağımızın yüksək ifadəsi, eyni zamanda bəşər mədəniyyəti xəzinəsinə qiymətli töhfəmizdir.
Xatirəsini daim minnətdarlıqla andığımız şəhidlərimizin öz canları, qanları bahasına azadlıq bəxş etdikləri əzəli torpaqlarımızda gerçəkləşdirilən irimiqyaslı layihələr, geniş vüsət alan quruculuq işləri və əhalimizin doğma yurdlara qayıdışı ilə yenidən canlanan həyat yaz fəslinin Odlar diyarına builki gəlişinə xüsusi ab-hava qatır və rəmzi məna qazandırır.
Ölkəmizin hüdudlarından uzaqlarda yaşayan, qəlbi vətən sevgisi ilə döyünən və baharı bizimlə birgə qarşılayan soydaşlarımıza bayram salamlarımı yetirirəm.
Bu əlamətdar bayramın hər evə, hər ocağa yeni sevinc, bol ruzi-bərəkət və firavanlıq gətirməsini arzu edirəm.
Novruz bayramınız mübarək olsun!"
Beyləqanda rüşvət alan vəzifəli şəxslərə cinayət işi açılıb
“Gənclik” metrostansiyasında əslində nə baş verib?
Bu gün 467 doza vaksin vurulub
Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxub
Bakıda Azərbaycan-Çexiya siyasi məsləhətləşmələri keçirilib
XİN: Ceyhun Bayramov İsraildə İrana qarşı hər hansı mövqe səsləndirməyib
Lukaşenko Rusiya qoşunlarını Belarusa yerləşdirdi
Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu keçiriləcək
Finlandiya yaxın günlərdə NATO-ya üzv olacaq-Baş katib
Milli Məclisin növbəti iclasında 29 məsələyə baxılacaq
Prezident Zaqatalada yol tikintisinə 6,7 milyon manat ayırdı
Sabah Bakıda arabir yağış yağacaq, 8° isti olacaq
Prezidentin təyyarəsindən mülki aviasiyada istifadə olunacaq
Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
Nazirliyin mətbuat katibi Dövlət Xidmətində müşavir oldu
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
Daha 2 boksçumuz beynəlxalq turnirin finalına yüksəlib
Faktiki hava: Göygöl, Qusar, Gədəbəy və Daşkəsənə qar yağıb
ABŞ səfirliyi jurnalistika üzrə magistr proqramını elan edir
Dövlət sərhədini pozmaq istəyən iki nəfər saxlanılıb
Azərbaycan nefti 80,85 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 125 nəfər saxlanılıb
BMT-nin yüksək səviyyəli iclasında Ermənistanın ekoloji terrorundan danışılıb
Cüdoçularımız Antalya “Böyük dəbilqə”sində mübarizəyə başlayırlar
Azərbaycanlıların 1918-ci il soyqırımından 105 il ötür