logo

Azərbaycanın və Türkiyənin XİN başçıları telefonla  danışıb

18:42 17-03-2023 | icon 1617
Azərbaycanın və Türkiyənin XİN başçıları telefonla  danışıb

Martın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, telefon danışığı zamanı xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq məsələlərini, habelə beynəlxalq təşkilatlar çərçivəsində gündəlikdə duran aktual mövzuları müzakirə ediblər.

Tərəflər, həmçinin bölgədəki mövcud vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.