logo

Keçmiş arvadını güllələdi, sonra da könüllü təslim oldu

11:55 17-03-2023 | icon 966
Keçmiş arvadını güllələdi, sonra da könüllü təslim oldu

Martın 17-si saat 09 radələrində 1989-cu il təvəllüdlü Firəngiz Yusifovanın ölməsi barədə Zaqatala rayon Prokurorluğuna məlumat verilib.

Rayon prokurorluğundan YeniAvropa-ya bildirilib ki, ilkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Məhəmməd Didiyevin Zaqatala şəhərində yerləşən mənzillərdən birində keçmiş arvadı Firəngiz Yusifovanı odlu silahla atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məhəmməd Didiyev hadisədən sonra istintaqa könüllü təslim olub və şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq davam edir.