logo

Aygün Əliyeva BMT-nin Cenevrə ofisinin direktoru ilə görüşüb

18:59 16-03-2023 | icon 1778
Aygün Əliyeva BMT-nin Cenevrə ofisinin direktoru ilə görüşüb

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti BMT-nin İnkişaf Proqramının Cenevrə ofisinin direktoru xanım Aqi Vereslə görüşüb.

YeniAvropa xəbər verir ki, ilk olaraq Agentliyin icraçı direktoru Aygün Əliyeva Azərbaycan vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti, qrant müsabiqələri, QHT-lərin beynəlxalq əməkdaşlıqları haqqında məlumat verib. O bildirib ki, ötən il Agentlik və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin ofisi arasında imzalanan Memorandumun əsas məqsədlərindən biri ölkəmizdə donor qismində fəaliyyət göstərən qurumun təsisatları ilə yerli QHT-lərin əlaqələrini gücləndirməkdir.

Nümayəndə heyətini BMT-nin İnkişaf Proqramının Cenevrə ofisində görməkdən məmnunluq duyduğunu bildirən Aqi Veres qeyd olunan istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsini dəstəkləyib. O bildirib ki, BMT-nin İnkişaf Proqramı hər zaman QHT-lərin bilik və bacarıqlarının artırılması, müxtəlif mövzularda layihələrin icrasını dəstəkləyib. Həmçinin Davamlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində üzv dövlətlərin vətəndaş cəmiyyəti təsisatları ilə sıx əməkdaşlıq edib.