AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri Fariz İmranov Azərbaycanın dahi şəxsiyyətləri, görkəmli alimləri, mütəfəkkirlərinə həsr olunan “Qızıl fond”un yaradılmasını təklif edib.
YeniAvropa xəbər verir ki, AMEA-nın Ümumi yığıncağında çıxış edən Fariz İmanov fondda seçilmiş video və audio resursların, kitab, məqalə, məruzələrin toplanılmasının, əməkdaşların elektron məlumat-biblioqrafiya bazasının yaradılmasının nəzərdə tutulduğunu deyib.
Fariz İmanov elektron elmi informasiya mübadiləsinin təşkilində elektron kitabxana sisteminin fəaliyyətinin təkmilləşdirilməsi, bir sıra bazalara abunəçiliyin əhəmiyyətini də qeyd edib.