logo

Gecə saatlarında Nəsimi rayonunda qətl törədilib

09:09 16-03-2023 | icon 980
Gecə saatlarında Nəsimi rayonunda qətl törədilib

Martın 16-da saat 03 radələrində paytaxtın Nəsimi rayonunda 1988-ci il təvəllüdlü Cəsarət Vəliyevin kəsici-deşici alətlə öldürülməsi və 1994-cü il təvəllüdlü Camal Həsənovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən YeniAvropa-ya bildirilib  ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib, onların saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.