logo

Sabah Bakıda 17° isti olacaq

13:33 15-03-2023 | icon 966
Sabah Bakıda 17° isti olacaq

Azərbaycanda martın 16-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, martın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-9°, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 759 millimetr civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında səhər saatlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9°, gündüz 17-22° isti, dağlarda gecə 0-4°, gündüz 4-7° isti olacaq.