İrandan Azərbaycana 24 kq narkotik keçirmək istədi
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən 24 kiloqram 130 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
DSX-nın mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, martın 13-də saat 21:55-də keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd edən Azərbaycan Respublikası vətəndaşı Dadaşov Novruz İbrahim oğlu saxlanılıb.
Saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı 1 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 980 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
Martın 14-də saat 05:30-da “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Ərçivan kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum şəxslərin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmaları müşahidə edilib.
Aparılmış əməliyyat tədbirləri nəticəsində 99-DK-727 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd edən Bakı şəhər sakinləri Həsənov Kamil İlyas oğlu və Mirzəyev Novruz Tofiq oğlu saxlanılıb.
Avtomobilə baxış zamanı 2 ədəd bağlamada ümumi çəkisi 18 kiloqram 150 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Azərbaycanda süni düyülər satılmıq-Qoşqar Təhməzli
Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşü təxirə salınıb
Bişkekdə MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədrini təbrik edib
Qarabağda işləmək üçün 500-ə yaxın xarici şirkət müraciət edib
BƏƏ dördgünlük iş həftəsinə keçir
Sabah Bakıda 30° isti olacaq
AQTA Masallıda yağ istehsalı müəssisəsini qapatdı
“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” sərgisində 150-dən çox yerli şirkət iştirak edir
MDB-nin Sərhəd Qoşunları Komandanları Bakıda toplaşıb
“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
Volodimir Zelenski Xersona gedib
Xəbərdarlıq:Banklar adından saxta uduş kampaniyalar paylaşılır
Paytaxtda evlərdən oğurluq edən bacı-qardaş saxlanılıb
Türk lirəsi dəyər itirməyə davam edir
DYP-dən xəbərdarlıq: Yollarda görmə məsafəsi məhdudlaşacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Azərbaycan QHT-ləri Ermənistanın Arazdəyəndə yeni ekoloji fəlakətə yol açacaq layihəsi əleyhinə bəyanat yayıb
“Azercell”in dəstəyi ilə “Uşaq Paralimpiya kuboku” turniri keçirilib
Qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub
Azərbaycan nefti 78,56 dollara satılır
"İnterpol"la axtarılan şəxs Belarusdan Azərbaycana ekstradisiya edilib
Ermənilər Ordumuzun Şuşadakı mövqelərini atəşə tutub
"Paris-2024" Paralimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri bəlli olub
Qərbi Azərbaycan İcmasının yeni loqosunun təqdimatı olub