logo

Gəncədə kişi həyat yoldaşını bıçaqla qətlə yetirib

13:33 13-03-2023 | icon 868
Gəncədə kişi həyat yoldaşını bıçaqla qətlə yetirib

Gəncə şəhəri ərazisində üzərində xəsarətlər olan qadın meyiti aşkar olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, ilkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1980-ci il təvəllüdlü Yeganə Hümbətova olması müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Təfərrüatlar barədə əlavə məlumat veriləcək.