logo

İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib

14:35 13-03-2023 | icon 2982
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib

Prezident İlham Əliyev martın 13-də Almaniya Federativ Respublikasına işgüzar səfərə gəlib.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

 Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Berlin şəhərinin Brandenburq “Willy Brandt” aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi rəsmi şəxslər qarşılayıblar.