logo

8 nəfərin bank hesabından pul oğurlayan şəxs saxlanılıb

11:55 13-03-2023 | icon 868
8 nəfərin bank hesabından pul oğurlayan şəxs saxlanılıb

Paytaxtda ayrı-ayrı vətəndaşlara məxsus bank hesablarından kütləvi talama əməlləri həyata keçirən şübhəli şəxs müəyyən olunub.

 YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 8 nəfərin bank hesablarından ümumilikdə 16 min 702 manat pul vəsaitlərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nicat Rzazadə Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Araşdırma aparılır.