logo

Sirkin yanındakı atışmada yaralananlarn adları bəlli oldu

15:30 10-03-2023 | icon 1365
Sirkin yanındakı atışmada yaralananlarn adları bəlli oldu

Paytaxtın Nəsimi rayonunda atışmada xəsarət alanın kimliyi bəlli olub. 

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalarla məlum olub ki, hadisə nəticəsində 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.