logo

İrandan Azərbaycana 61 kq narkotika keçirmək istədilər

12:32 10-03-2023 | icon 1148
İrandan Azərbaycana 61 kq narkotika keçirmək istədilər

İrandan Azərbaycana 61 kiloqramdan çox narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə  Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mart ayının 9-da saat 22:20-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisindən sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Ümumi çəkisi 61 kiloqram 810 qram olan narkotik vasitə ərazidə keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində aşkarlanaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.