logo

Sabah Bakıda yağış, dağlıq bölgələrdə qar yağacaq

11:11 08-03-2023 | icon 1001
Sabah Bakıda yağış, dağlıq bölgələrdə qar yağacaq

Milli Hidrometeorologiya Xidməti martın 9-da ölkə ərazisində gözlənilən hava şəraiti haqqında məlumat yayıb.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında martın 9-da günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi ərazilərində yağıntının intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında martın 9-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.

Bəzi bölgələrdə yağış nəticəsində əksər çaylarda sululuğun artacağı gözlənilir.