logo

Biləsuvarda zəlzələ olub

10:30 08-03-2023 | icon 917
Biləsuvarda zəlzələ olub

Biləsuvar rayonunda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, təkanlar yerli vaxtla saat 10:14-də Cəlilabad stansiyasından 20 km şimalda Biləsuvar rayonunda qeydə alınıb.

Maqnitudası 4,2, dərinliyi 37 km olan zəlzələ episentrdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub.