logo

Beynəlxalq Miqrasiya Təşkilatı Böyük Qayıdış Proqramına dəstək verməyə hazırdır

13:57 01-03-2023 | icon 3731
Beynəlxalq Miqrasiya Təşkilatı Böyük Qayıdış Proqramına dəstək verməyə hazırdır

Beynəlxalq Miqrasiya Təşkilatı öz təcrübəsindən çıxış edərək Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramına dəstək verə bilər.

 YeniAvropa xəbər verir ki, bu fikri Azərbaycanda səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino  bu gün prezident İlham Əliyev ilə görüşündə səsləndirib.

Rəhbərlik etdiyi təşkilatın yarandığı gündən bəri dünyanın müxtəlif ölkələrində məcburi köçkünlərin və qaçqınların qayıtması üzrə çox geniş təcrübəyə malik olduğunu qeyd edən Antonio Vitorino deyib ki, bu təcrübəni Azərbaycan tərəfi ilə bölüşməyə hazırdırlar.

Qonaq ölkəmizdə Beynəlxalq Miqrasiya Təşkilatının regional təlim mərkəzinin yaradılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu mərkəz həm Azərbaycanda, həm də region ölkələrində imkanların artırılmasına və peşəkar kadrların hazırlanmasına töhfə verəcək.